Manuel Noyer Çempionlar Liqasında yeni rekorda imza atıb
“Bavariya” klubunun qapıçısı Manuel Noyer Almaniya futbolçuları arasında Çempionlar Liqasında mövsümlərin sayına görə rekorda imza atıb.
Sportline.az xəbər verir ki, bu rekord sentyabrın 10-da UEFA Çempionlar Liqasının liqa mərhələsinin ilk turu çərçivəsində Almaniyanın “Bavariya”sı ilə Norveçin “Bude-Qlimt” komandaları arasında keçirilən oyuna təsadüf edib. Görüş Münxen təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. 40 yaşlı qapıçı bu qarşılaşma ilə Çempionlar Liqasında 18-ci mövsümünü keçirib.
Qeyd edək ki, təcrübəli qapıçı 17 mövsümlə bu göstəricidə lider olan Tomas Mülleri geridə qoyub.