AFFA I Divizion klublarını cərimələdi

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SportLine.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, yığıncaqda I divizionun X turunun görüşlərində baş verənlər müzakirə olunub. Klublar ümumilikdə 460 manat cərimə edilib.

“Şahdağ” – “Ağsu” matçında 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri 80 manat cərimə olunub. Görüşün 85-ci dəqiqəsində meydandan qovulan  “Şahdağ”ın futbolçusu İqrar Səmədov 1 oyun cəzalanıb və klubunu 200 manat ziyana salıb.

“Turan Tovuz” – “Şərurspor” matçının 44-cü dəqiqəsində qırmızı vərəqə alaraq, qonaqları azlıqda qoyan Qadir Həşimli 1 oyun cəzalanıb və 20 cərimələnib. “Mil-Muğan” – MOİK qarşılaşmasında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün onlar hərəyə 80 manat cərimələnib.

Banner