AFFA prezidenti "Avro-2016"nın ən yaxşı gənc oyunçusunu mükafatlandırdı

"Avro-2016"nın ən yaxşı gənc oyunçusu müəyyənləşib. SportLine.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu, Portuqaliya millisinin üzvü Renatu Sançeşdir. 18 yaşlı yarmmüdafiəçi Rafael Querrero və Kinqsli Komanı qabaqlayıb. Sançeş oynadığı beş matçda  dəfə fərqlənməyi bacarıb. 

SOCAR-ın dəstəyi ilə təsis edilən mükafatı Sanşeşə AFFA-nın prezidenti Rövnəq Abdullayev təqdim edib.

Qeyd edək ki, UEFA-nın yeni mükafatını 1994-cü il, 1 yanvar tarixindən sonra anadan olan hər bir futbolçu ala bilərdi.