AVRO 2020: Belçika Rusiyanı belə məğlub etdi

B qrupunun ikinci oyununda Belçika millisi Rusiya futbolçuları ilə qarşılaşıb.

Sportline.az xəbər verir ki, Sankt-Peterburqda keçirilən matçda qonaqlar daha üstün olublar.

Meydan sahibləri 3 cavabsız qolla məğlub olublar. Romelu Lukaku dubl edib. Toma Mönye isə bir dəfə fərqlənib. Belçika futbolçuları 3-0 hesabı ilə qələbə qazanıblar.