AFFA Azərbaycan klubunu cərimələyib
AFFA İntizam Komitəsi "Qəbələ" klubunu cərimələyib.
Sportline.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Azərbaycan Premyer Liqasının I turunun “Karvan-Yevlax” – “Qəbələ” oyununda 4 futbolçusu sarı vərəqə aldığı üçün qonaq komanda 700 manat cərimələnib.
Qeyd edək ki, mövsümün açılış qarşılaşması bərabərliklə yekunlaşıb - 1:1.