AFFA Qızlar liqalarında iştirak edəcək komandaların nümayəndələri ilə görüş keçirilib

AFFA-nın təşkil etdiyi Qızlar liqalarının 2025/2026 mövsümündə iştirak edəcək komandaların nümayəndələri və məşqçiləri ilə görüş keçirilib.

Bu barədə Sportline.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

AFFA-nın inzibati binasında baş tutan görüşdə U-12, U-14, U-16 və Yüksək Qızlar Liqasının növbəti mövsümü ilə bağlı məlumat verilib. Milli komandaların məşqçilərinin də qatıldığı toplantıda yeni mövsümlə əlaqədar fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ötən mövsüm liqalar U-13, U-15, U-17 və Yüksək Qızlar Liqası adı altında keçirilirdi. Növbəti mövsümdən yaş qrupları U-12, U-14, U-16 və Yüksək Qızlar Liqası olacaq.