AFFA-da Media Komitəsi yaradıla bilər
Bu gün AFFA rəsmiləri ilə elektron idman mətbuatının nümayəndələri arasında görüş keçirilib. SportLine.az xəbər verir ki, “Boulevard Hotel Baku”da baş tutan görüşdə elektron idman KİV-in problemləri müzakirə edilib.
AFFA-nın baş katibi Elxan Məmmədov, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlunun da qatıldığı tədbirin gündəliyinə əsasən bu məsələlər daxil edilib:
1. Media Komitəsinin yaradılmasının müzakirəsi
2. İdman mətbuatında mövcud problemlər, çıxış yolları, təkliflər
3. İdman mətbuatı və klublar arasında münasibət
4. İdman mətbuatı və AFFA arasında münasibət
5. Saytların sayının çoxluğu
6. Daha uzunmüddətli layihələrin (sayt,qəzet) əsasının qoyulmasıının mümkünlüyü barədə müzakirə
7. Bir neçə saytın birləşməsi nə dərəcədə mümkündür?
8. Beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi