AFFA Roman Qriqorçuku cəzalandırdı

Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının XI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

“Sumqayıt”la matçın 62-ci dəqiqəsində ikinci sarı vərəqə ilə meydandan qovulan “Kəpəz”in futbolçusu Kərim Diniyev 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Neftçi” ilə oyunda 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün “İnter” 800 manat cərimələnib. Elə AZAL da eyni cəzaya məruz qalıb. “Təyyarəçilər” “Qəbələ” ilə görüşdə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 800 manat cərimə olunub.

Matçın 14-cü dəqiqəsində “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

İntizam Komitəsi matçın video yazısına baxdıqdan sonra aşağıdakı qərarı qəbul edib:

Oyunun 11-ci dəqiqəsində AZAL klubunun 14 №-li futbolçusu İlqar Ələkbərov rəqibə qarşı kobud oyuna görə 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunub.

Banner