AKAF rəsmisi: “İdmançılarımız fiziki və psixoloji cəhətdən turnirə tam hazırdırlar”
"İdmançılarımızdan yüksək əyarlı və daha çox medal gözləyirik”.
Sportline.az saytı xəbər verir ki, Mingəçevirə ezam olunan əməkdaşının verdiyi məlumata görə, bunu Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətinin rəhbəri Vüsal Qurbanov "Mingəçevir reqatası-2024” beynəlxalq turniri ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
O, təmsilçilərimizin yarışa tam hazır olduqlarını bildirib: “İdmançılarımız fiziki və psixoloji cəhətdən turnirə tam hazırdırlar. Yarışın nüfuzu son illərdə artıb. Beynəlxalq yarışları adətən yeniyetmə və gənclər arasında keçiririk. Bu da onların inkişafları üçün önəmlidir. Reqatada güclü idmançılar çıxış edirlər. Rəqiblər də zəif deyil. Türkiyə, Gürcüstan, Moldova və başqa ölkələr mükafatlara iddialıdırlar".
Xatırladaq ki, oktyabrın 18-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində reqatanın final yarışları və bağlanış mərasimi keçiriləcək.