Akrobatika gimnastikası üzrə Azərbaycan millisi Belçikada medal qazanıb

Akrobatika gimnastikası üzrə Azərbaycan millisi Belçikanın Antverpen şəhərində keçirilən “Flanders Acro Cup” beynəlxalq yarışında bürünc medal qazanıb.

Bu barədə Sportline.az-a Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Ceyla Əlizadə, Qəşəng Ağamoğlanlı və Dinara İbadovadan ibarət üçlük qrup yarışda üçün yeri tutub.