III MDB Oyunları: Azərbaycanın iki bədii gimnastı finala vəsiqə qazanıb

Azərbaycanın iki bədii gimnastı III MDB Oyunlarında finala vəsiqə qazanıb.

Sportline.az-ın Şəkiyə ezam olunan əməkdaşının məlumatına görə, Şəms Ağahüseynova lentlərlə çıxışda adını finala yazdırıb.

Fidan Qurbanlı isə gürzlərlə finala vəsiqə qazanıb.

Qeyd edək ki, III MDB Oyunlarında bədii gimnastika yarışlarına oktyabrın 8-də yekun vurulacaq.