Almaniya millisinin üzvü ilk hissədəki oyunu belə izah edib
Almaniya millisinin üzvü Sandro Vaqner milli komandamız üzərində 5:1 hesablı qələbəni belə şərh edib:“İlk hissədə oyuna tam köklənə bilməmişdik. Fasilədən sonra yaxşı çıxış etdik və qalib gəldik”. 54-cü dəqiqədə Bundestimin 2-ci qoluna imza atan 29 yaşlı hücumçu bildirib ki, öz meydanlarında keçirdikləri bütün görüşlərdə qalib gəlməyə çalışırlar.
Qeyd edək ki, Almaniya millisi C qrupunun bütün oyunlarında qələbə çalaraq mundiala birbaşa qazanıb. Azərbaycan millisi 10 xalla 5-ci yerdə qərarlaşıb. Şimali İrlandiya 19 xalla 2-ci, Çexiya 15 xalla 3-cü, Norveç isə 13 xalla 4-cü yeri tutub. San Marino isə yarışı xalsız başa vurub.