Alperen Şengün “Hyuston Rokets”lə yeni müqavilə imzalayıb
“Hyuston Rokets” 22 yaşlı basketbolçusu Alperen Şengün ilə yola davam edəcək.
Sportline.az “ESPN” nəşrinə istinadən xəbər verir ki, Alperen “Hyuston” ilə 5 illik yeni müqavilə imzalayıb. Türkiyəli basketbolçu 5 il ərzində 185 milyon dollar qazanacağı bildirilir.
Qeyd edək ki, A.Şengün 2021-ci ildən etibarən “Hyuston Rokets”də çıxış edir.