Alvarez "Barselona"ya keçməyi hədəfləyir
"Atletiko Madrid"in argentinalı futbolçusu Xuliyan Alvarez yayda komandasını dəyişməyi planlaşdırır.
Sportline.az jurnalist Matteo Morettonun məlumatına istinadən xəbər verir ki, 26 yaşlı hücumçu "Barselona"ya keçməyi hədəfləyir.
X.Alvarez bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 49 matçda 20 qol, 9 asistlə yadda qalıb.
Qeyd edək ki, sözügedən oyunçu dəyəri 90 milyon avrodur.