AMADA AFFA-da həkimlərlə görüşdü

Bu gün AFFA-nın inzibati binasında AMADA tərəfindən Azərbaycan milli komandalarının və Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların həkimləri üçün seminar keçirilib.

Sportline.az xəbər verir ki, seminarda idmanın fundamental dəyərlərinin qorunmasında antidopinqin kritik rolu və tibbi heyətin bu sahədə necə fəal rol oynaya biləcəyi xüsusi vurğulanıb.

Bundan əlavə, andidopinq nəzarəti prosesinin əhəmiyyəti, terapevtik istifadə üçün icazələr, antidopinq qayda pozuntuları və qadağan edilmiş siyahı kimi önəmli antidopinq mövzularında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.