Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununa çıxıb.
Sportline.az xəbər verir ki, Ayxan Abbasovun komandası 3-cü turda Litvanı qəbul edib. Görüş yığmamızın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimiz bu qələbədən sonra liderliyə yüksəlib.
Sentyabrın 27-də komandalar arasında Litvada keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
4 oktyabr
UEFA Millətlər Liqası
3-cü tur
17:00 Azərbaycan – Litva - 1:0
Qol: Abdulla Xaybullayev, 24
Qırmızı vərəqə: Kuçiş, 90+7 (Litva)
Baş hakim: Qustavo Korreya (Portuqaliya)
8-ci km stadionu