Amit Quluzadə oynadı, AEL qalib gəldi
Azərbaycanlı futbolçu Amit Quluzadənin şərəfini qoruduğu AEL Yunanıstan Super Liqasında növbəti matçını keçirib. SportLine.az xəbər verir ki, Larissa təmsilçisi "Levadiakos"la üz-üzə gəlib.
Qarşılaşma AEL-in qələbəsi ilə yekunlaşıb - 2:1.
Amit Quluzadə 71-ci dəqiqədə Reyesi əvəzləyib. Məhz onun meydana daxil olmasından sonra Larissa klubu qələbə topunu vurub.
Qeyd edək ki, mövsümdə 4-cü qələbəsini qazanan AEL xallarının sayını 20-yə çatdırmaqla turnir cədvəlində 12-ci pilləyə yüksəlib.