İngiltərənin 4 klubu “Atletiko”nun müdafiəçisi ilə maraqlanır
“Atletiko”nun müdafiəçisi Mark Pubil İngiltərə Premyer Liqasının top-klublarının diqqətini çəkib.
Sportline.az xəbər verir ki, 23 yaşlı futbolçu ilə “Liverpul”, “Mançester Yunayted”, “Arsenal” və “Çelsi” maraqlanır. Madrid klubu isə Pubilin mümkün transferindən 55-60 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Pubil bu mövsüm La Liqada 3 oyunda meydana çıxıb, 1 qol vurub. İspaniyalı müdafiəçinin “Atletiko” ilə müqaviləsinin müddəti 2030-cu il iyunun sonuna qədərdir.