Amorim: "Onun özünə güvəni azdır"

"Mançester Yunayted"in portuqaliyalı baş məşqçisi Ruben Amorim brazilyalı futbolçu Entoni Santos haqqında danışıb.

Sportline.az xəbər verir ki, Amorim "Sky Sports" kanalına müsahibə verərkən bu fikirləri səsləndirib;

"Entonin özünə güvəni azdır. "Ayask"da oynadığı illərdə çox yüksək səviyyədə çıxış edirdi. Onun "Mançester Yunayted" forması ilə də əla çıxış etməsini istəyirik. O öz üzərində çalışır. Ona güvənmək lazımdır", - deyə Amorim bildirib.