Fransa Belçikanın qonağı olacaq
UEFA Millətlər Liqasında 2-ci turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, Belçika millisi doğma meydanda Fransa ilə qarşılaşacaq.
Mark Van Bommelin komandasında Mayk Penders və Leandro Trossard zədəlidir.
Fransada millinin kapitanı Kilian Mbappe, Zaire Emeri zədə, Matteo Genduzi isə cəzalıdır.
Qeyd edək ki, Belçika - Fransa oyunu bu gün Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Görüşdə söz sahibi sloveniyalı hakim Rade Obrenoviç olacaq.