İspaniya məğlubiyyətsizlik seriyasını 39 oyuna çatdırdı
İspaniya millisi rəsmi matçlarda əsas vaxtda məğlubiyyətsizlik seriyasını 39 oyuna yüksəldib.
Sportline.az xəbər verir ki, Luis de la Fuentenin komandası UEFA Millətlər Liqasının ilk turunda İngiltərəni səfərdə 3:2 hesabı ilə məğlub edib. Görüş Londonun “Uembli” stadionunda keçirilib.
İspaniya rəsmi oyunun əsas vaxtında sonuncu dəfə 2023-cü ilin martında Şotlandiyaya 0:2 hesabı ilə uduzub.
İngiltərə ilə qarşılaşma de la Fuentenin millinin baş məşqçisi kimi 51-ci oyunu olub.