Ronaldo Norveçlə matçda ehtiyatda
Kriştiano Ronaldo Portuqaliya millisinin UEFA Millətlər Liqasının 2-ci turunda Norveçlə keçirəcəyi oyunda start heyətində yer almayıb.
Sportline.az xəbər verir ki, Portuqaliyanın hücum xəttində Fransişku Konseysau, Joau Feliks, Pedro Netu və Qonsalu Ramuş oynayacaq. Ronaldo isə ehtiyat oyunçular skamyasında yer alıb.
Qeyd edək ki, Portuqaliya ilk turda Uelsi 1:0 hesabı ilə məğlub edib. Ronaldo həmin görüşə start heyətində başlayıb və 67-ci dəqiqədə əvəzlənib.
Xatırladaq ki, Norveç- Portuqaliya matçı bu gün Bakı vaxtı ilə 22:45-də başlayacaq.