Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək

Azərbaycanlı hakimlər UEFA Millətlər Liqasının Gürcüstan – Ukrayna oyununda iş başında olacaqlar.

Sportline.az xəbər verir ki, B Liqasının 2-ci qrupunun 2-ci turunun matçını Əliyar Ağayev idarə edəcək. Ona Akif Əmirəli və Zeynal Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabbarov yerinə yetirəcək.

Görüşün VAR hakimi italiyalı Aleandro Di Paolo, AVAR hakimi isə azərbaycanlı İnqilab Məmmədov olacaq.

Gürcüstan – Ukrayna matçı bu gün Tbilisidəki Boris Paiçadze adına stadionda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq və CBC Sport kanalı ilə canlı yayımlanacaq.