Bellingem İngiltərədə ilin ən yaxşı futbolçusu seçildi

“Real Madrid”in ulduz futbolçusu Cud Bellingem İngiltərədə növbəti fərdi mükafatına sahib olub. 

Sportline.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi azarkeşlərin səsverməsi nəticəsində ölkəsinin ilin ən yaxşı futbolçusu seçilib.

Bu barədə İngiltərə milli komandasının mətbuat xidməti məlumat yayıb.

Bellingem sözügedən mükafata ikinci dəfə ardıcıl olaraq layiq görülüb.