Sloveniya və Şotlandiya xalları bölüşdü

Bu gün UEFA Millətlər Liqasında 1-ci turun növbəti görüşləri keçirilir.

Sportline.az xəbər verir ki, günün ilk matçında B liqasında Sloveniya və Şotlandiya milliləri üz-üzə gəlib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb - 0:0. Beləliklə, komandalar hərəyə 1 xal qazanıb.

Qeyd edək ki, gün ərzində daha 9 oyun baş tutacaq. Turun maraqla gözlənilən oyunları A Liqasında olacaq. İngiltərə İspaniya ilə, Çexiya Xorvatiya ilə qarşılaşacaq.