“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi

Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilədən istifadə edən “İmişli” və “Araz-Naxçıvan” yoxlama matçında üz-üzə gəlib.

Sportline.az xəbər verir ki, görüş İmişli təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. "İmişli"nin qollarını Azər Salahlı, Xəlil Mürsəlli və Françisko Morais vurublar. 

Qeyd edək ki, “İmişli” növbəti yoxlama oyununu oktyabrın 3-də “Şəfa” komandasına qarşı keçirəcək. "Araz-Naxçıvan" isə oktyabrın 2-də "Neftçi" ilə qarşılaşacaq.