Azərbaycan millisi Litvadan xalla qayıdır
Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının 2026/27 mövsümündə ilk oyununa çıxıb.
Sportline.az xəbər verir ki, Ayxan Abbasovun komandası D Liqasının 2-ci qrupunun 2-ci turunda səfərdə Litva ilə üz-üzə gəlib. "Dariaus ir Gireno" stadionda keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Litva da Azərbaycan millisi kimi ötən mövsüm C Liqasında çıxış edib və qrupda sonuncu olaraq D Liqasına düşüb.
Qeyd edək ki, Azərbaycan millisi bu gün ilk oyununa çıxması fonunda bu, Litvanın 2-ci matçı olub. Litvalılar ilk turda Lixtenşteynə 2:0 hesabı ilə qalib gəlib.
Son açıqlanan FİFA reytinqində Azərbaycan 126-cı, Litva isə 149-cu pillədə qərarlaşıb.
Millimiz qrupda növbəti oyununu oktyabrın 1-də evdə Lixtenşteynə, daha sonra isə oktyabrın 4-də yenidən Litvaya qarşı keçirəcək.
27 sentyabr
UEFA Millətlər Liqası
D Liqası, 2-ci Qrup, 2-ci tur
17:00. Litva – Azərbaycan - 1:1
Qol: Kuçis, 9-pen. (1:0), Mahir Emreli, 14 (1:1)
Hakimlər: Menelaos Antoniu, Pavlos Qeorqiu, Eraklis Komodromos, Konstantinos Fellas, Marios Xristoforou (VAR), Dimitris Solomu (AVAR)
"Dariaus ir Gireno" stadionu (Kaunas)
