"Qəbələ"də daha iki yeni məşqçi
“Qəbələ”nin məşqçilər korpusuna daha iki yeni mütəxəssis cəlb olunub.
Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Jeton Bekiriyə köməkçi məşqçi Burhan Emurlai və məşqçi-analitik Arvid Bregasi kömək edəcəklər.
Qeyd edilib ki, Amil Ağacanov (qapıçılar üzrə məşqçi), Miloş Yevtiç (fiziki hazırlıq üzrə məşqçi) və Manaf Kələntərli (məşqçi-analitik) məşqçilər korpusunda fəaliyyətlərini davam etdirəcəklər.