Amorim portuqaliyalı futbolçunu komandasında görmək istəyir

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim "Sportinq"in portuqaliyalı stoperi Qonçalo İnasiyonun transferini rəhbərliktən tələb edib.

Sportline.az "Transferdot.com" saytına istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi futbolçunun meneceri ilə bu həftə görüşəcək.

23 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə, 45 milyon avrodur.

Qeyd edək ki, İnasiyonun "Sportinq"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.