"Anadolu Efes" ABŞ-li basketbolçu ilə yolları ayırıb

Ötən mövsüm "Anadolu Efes"ə transfer olunan Triqi Cons komandanı tərk edib.

Sportline.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı forvard Avroliqanın 2023/2024 mövsümündə 7.2 xal, 4.3 ribaund və 1 asist ortalaması ilə çıxış edib.

Qeyd edək ki, Triqi Consun yeni komandasının "Partizan" Belqrad olacağı gözlənilir.