“Anadolu Efes” çətin səfərdən qələbə ilə qayıdıb

Avroliqada həyəcan 32-ci turun oyunları ilə davam edir.

Sportline.az xəbər verir ki ,dünən daha 5 qarşılaşma keçirilib.

“Anadolu Efes” çətin “Baskoniya” səfərindən qələbə ilə qayıdıb.”Barselona” “Bavariya”ya qalib qəlib, “Monako” isə “Lyon-Villeurban” üzərində inamlı qələbə qazanıb.
Dünən keçirilən qarşılaşmaların nəticələri belə olub.
“Zalqiris Kaunas”-“Olimpiya Milano” 87-73
“Baskoniya”-“Anadolu Efes” 76-97
“Bavariya”-“Barselona” 79-87
“Partizan”-“Olimpiakos” 69-74
“Lyon-Villeurban” – “Monako” 77-87.

Qeyd edək ki, “Euroleague”də 32 həftədən sonra ilk 6-lıqda yaranan vəziyyət belədir.
1.”Real Madrid” (25Q, 6M)
2.”Barselona” (21Q, 11M)
3.”Monako” (21Q, 11M)
4.”Panatinakos” (20Q, 11M)
5.”Olimpiakos” (20Q, 12M)
6.”Fənərbağça” (19, 12M).