Ançelotti: "Ardanın zədəsi yoxdur"

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti türkiyəli futbolçu Arda Güler haqqında danışıb.

Sportline.az insayder Fabritsio Romanonun paylaşımına istinadən xəbər verir ki, Ançelotti 19 yaşlı futbolçu haqqında bu fikirləri səsləndirib;

"Arda Gülerin zədəsi yoxdur. O meydana çıxmağa hazırdır", - deyə Ançelotti bildirib.

Qeyd edək ki, Arda son 5 matçda meydana çıxmayıb. 

O bu mövsüm çıxış etdiyi 27 matçda 3 qol və 5 asistlə yadda qalıb.