Ançelotti Mbappe haqqında danışıb
"Real Madrid"ın baş məşqçisi Karlo Ançelotti fransalı hücumçu Kilian Mbappe haqqında son açıqlamalarında onun Kriştiano Ronaldo ilə müqayisə edilə biləcək səviyyəyə çatma potensialını vurğulayıb.
Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, Ançelotti Mbappenin "Kriştianonun səviyyəsinə çatmaq üçün keyfiyyətə sahib olduğunu, lakin bunun üçün çox çalışması lazım olduğunu" qeyd edib.
O, həmçinin, "Kriştianonun çox yüksək bir səviyyə qoyduğunu, amma Mbappenin burada oynamaq üçün çox çalışmalı olduğunu və bu səviyyəyə çata biləcəyini" ifadə edib.