Ançelottinin oğlu baş məşqçi oldu
Məşhur italyan mütəxəssis Karlo Ançelottinin oğlu Davide müstəqil fəaliyyətə başlayıb.
Sportline.az "Relevo"ya istinadən xəbər verir ki, o, Braziliyanın "Botafoqo" klubunun baş məşqçisi olub.
Braziliya Superliqa-2024-ün çempionu 35 yaşlı italiyalı çalışdırıcı Davide Ançelottini 2026-cı ilin sonuna kimi baş məşqçi təyin edib.