Andoni İraola İspaniya nəhəngini çalışdıra bilər
“Bornmut” klubunun baş məşqçisi Andoni İraola karyerasını İspaniyada davam etdirə bilər.
Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, hazırkı baş məşqçi Karlo Ançelotti mövsümün sonunda “Real Madrid”dən ayrılacaq. Onun yerinə əsas namizəd kimi “Bayer”in baş məşqçisi Xabi Alonso göstərilir.
Lakin ispan mütəxəssis Almaniya klubunu tərk etmək niyyətində olmadığı üçün diqqətlər İraolaya yönəlib.
Qeyd edək ki, 42 yaşlı çalışdırıcının rəhbərlik etdiyi “Bornmut” hazırda 43 xalla İngiltərə Premyer Liqasında 5-ci pillədə qərarlaşıb.