Andrea Pirlo Türkiyə klubunda

Andrea Pirlo karyerasını Türkiyədə davam etdirəcək.

Sportline.az xəbər verir ki, 43 yaşlı mütəxəssis Super Liqa təmsilçisi "Fatih Karagümrük"ün baş məşqçisi təyin olunub.

Pirlonun təyinatı barədə məlumatı klubun mətbuat xidməti yayıb. Müqavilənin müddəti ictimaiyyətə açıqlanmayıb.

Xatırladaq ki, Pirlonun son iş yeri 2020/2021 mövsümündə rəhbərlik etdiyi "Yuventus" olub.