Andrey Şevçenko Xorvatiya ilə oyundan danışıb

Bu gün dünya çempionatının təsnifat matçında Xorvatiyanı qəbul edəcək Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko fikirlərini bölüşüb. Sportline.az xəbər verir ki, gənc mütəxəssis çətin oyun ərəfəsində komandasına inandığını deyib: "Xorvatiyanın olduqca güclü futbolçuları var. İnanıram ki, onlar bu günkü oyuna yalnız qələbə üçün çıxacaqlar. Biz buna hazır olmalıyıq və biz hazırıq. Təəssüflənirəm ki, iki çox yaxşı komandadan biri mundialdan kənarda qalaacaq".

Qeyd edək ki, son tur ərəfəsində hər iki komandanın aktivində 17 xal olsa da, xorvatlar top fərqinə görə Ukraynanı qabaqlayırlar. Bu baxımdan, bugünkü qarşılaşmada Ukrayna millisini yalnız qələbə qane edir. Qrup lideri İslandiyanın isə, doğma meydanda Kosovoya qalib gələcəyi şübhə doğurmur.