Antoni “Real Madrid”ə qarşı çıxış edə biləcək
İcarə əsasında "Betis"də oynayan "Mançester Yunayted"in futbolçusu Antoniyə verilən cəza ləğv edilib.
Sportline.az xəbər verir ki, La Liqanın 25-ci turunda "Xetafe" ilə qarşılaşmada (2:1) braziliyalı vinger qırmızı vərəqə almışdı.
Bu üzdən martın 1-də "Real"la oyunda iştirak etməməli idi. Lakin cəzası yenidən nəzərdən keçirilib və ləğv olunub.
Bu barədə "Betis"in mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Antoni "Betis"in heyətində 6 matçda meydana çıxıb, 3 qol vurub və 2 asist edib.
Onun icarə müqaviləsi mövsümün sonuna qədər qüvvədədir.