Anxel Korrea "Qarabağ"la oyunu belə dəyərləndirib
"Atletiko"nun argentinalı futbolçusu Anxel Korrea sabahkı oyunla bağlı fikirlərini bölüşüb. Sportline.az xəbər verir ki, Madrd təmsilçisinin rəsmi saytına danışan Korrea görüşə olduqca ciddi yanaşdıqlarını vurğulayıb:
“Çalışmağa davam etməliyik. Çünki çərşənbə axşamı evdə daha bir finala bərabər oyunumuz var. Qol epizodları zamanı sakit olmalıyıq. Qələbə qazanacağımıza ümid bəsləyirəm”.
Xatırladaq ki, “Atletiko” – “Qarabağ” oyunu sabah, Bakı vaxtı ilə 23:45-də “Metropolitano” stadionunda keçiriləcək.