Aqueroya 1 neçə həftəlik kabus

İngiltərə Premyer Liqasının 13-cü turunda "Çelsi" ilə matçda zədələnən  Serxio Aquero bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Pep Qvardiola məlumat verib. O, argentinalı hücumçunun "Mançester Yunayted"lə görüş də daxil olmaqla, bir neçə matç oynayamacağını bildirib.

Qeyd edək ki, Aquero bu mövsüm 16 matçda 13 qol vurub.