Olise qərar verdi

"Bavariya"nın futbolçusu Mikel Olise karyerası ilə bağlı qərarını verib.

Sportline.az xəbər verir ki, fransalı cinah oyunçusu "Real Madrid"in marağına baxmayaraq, Münxen təmsilçisində qalmağa üstünlük verib. O, klub rəhbərliyinə komandada qalmaq istədiyini çatdırıb.

Məlumata görə, Olisenin bu mövqeyi "Bavariya" rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Almaniya nəhəngi 23 yaşlı futbolçunun uğurlu çıxışını və komandaya sadiqliyini nəzərə alaraq onunla maaşı artırılmış yeni müqavilə imzalamağa hazırlaşır.

Banner