"Atletiko"nun "Barselona"ya təklifi - Alvarez Kataloniya klubunda?
"Barselona"nın hücum xəttini gücləndirmək üçün heyətinə qatmaq istədiyi Xulian Alvarezlə bağlı transfer danışıqlarında yeni detal ortaya çıxıb.
Sportline.az xəbər verir ki, "Atletiko Madrid" argentinalı hücumçunun mümkün transferi çərçivəsində gənc yarımmüdafiəçi Mark Bernalın da müqaviləyə daxil edilməsini tələb edib.
"Mundo Deportivo" nəşrinin məlumatına görə, Kataloniya klubu Alvarez üçün 100 milyon avroluq təklif hazırlayıb və razılaşmaya bəzi futbolçuları da əlavə etməyə hazırdır.
Lakin "Barselona" rəhbərliyi Mark Bernalı gələcəyin əsas oyunçularından biri hesab etdiyi üçün onun mübadilə variantına daxil edilməsini rədd edib.