Dominik Soboslayi “Liverpul”la yeni 5 illik müqavilə imzaladı

“Liverpul” heyətinin aparıcı futbolçularından olan Dominik Soboslayi klubla yeni uzunmüddətli müqaviləyə imza atıb.

Sportline.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, macar yarımmüdafiəçi “qırmızılar”la 5 illik yeni müqavilə bağlayıb. Bununla da Soboslaynın gələcəyi uzun müddət üçün Mersisayd klubu ilə əlaqələndirilib. 

Qeyd edək ki, 25 yaşlı futbolçu 2023-cü ilin yayında Almaniyanın “Leyptsiq” klubundan “Liverpul”a transfer olunmuşdu və qısa müddətdə komandanın əsas simalarından birinə çevrilib.

Banner