Arauxo İngiltərə nəhənginin hədəfindədir
"Barselona"nın uruqvaylı müdafiəçisi Ronald Arauxo mövsümün sonunda klubdan ayrıla bilər.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" Arauxonu transfer etmək üçün hərəkətə keçib.
25 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 55 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Arauxonun "Barselona" ilə müqaviləsi 2031-ci ilin yayına qədərdir.