Araz Abdullayev yeni klubunda debüt etdi

Azərbaycanlı futbolçu Araz Abdullayev yeni klubu "Etnikos"da rəsmi debüt edib.

Sportline.az xəbər verir ki, o, Kiprin A divizionunda "Apollon"la səfər matçında oynayıb.

Görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Abdullayev start heyətdə meydana daxil olub və 68-ci dəqiqədə hesab 2:2 olarkən əvəzlənib.

Millimizin sabiq üzvü bu yay "Etnikos"la 1 illik müqavilə imzalayıb.