"Araz" mübarizəni dayandırdı
Futzal üzrə UEFA Kubokunun əsas mərhələsində mübarizə davam edir. SportLine.az xəbər verir ki, bu gün komandalar mərhələnin son turunda üz-üzə gələcək.
Azərbaycan təmsilçisi "Araz" "Deva" (Rumıniya) ilə qarşılaşacaq. İlk iki görüşdə qələbə qazanan Joze Alesionun komandasına elit-raunda yüksəlmək üçün 1 xal kifayət edəcək. "Mostar"la görüşdə məğlub olaraq işini çətinə salan "Deva" isə yalnız 3 xal barədə düşünür.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
14 oktyabr 2017
Futzal, UEFA Kuboku, əsas mərhələ
8-ci qrup, 3-cü tur
"Araz" (Azərbaycan) - "Deva" (Rumıniya) - 3:6
QOLLAR: Matey, (0:1); Vilela, (1:1); İqnat, (1:2); Matey, (1:3); Panzaru, (1:4); Bolinya, (2:4); Toniça, (2:5); Matey, (2:6); Çovdarov, (3:6)
"Mostar" (Bosniya və Herseqovina) - "Sent Endryus" (Malta) - 2:5
KOMANDA | OYUN | XAL |
---|---|---|
![]() |
3 | 6 |
![]() |
3 | 6 |
![]() |
3 | 3 |
![]() |
3 | 3 |