Araz oynadı, komandası qələbəyə sevindi
Azərbaycan millisinin üzvü Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" Kipr çempionatında növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib “Etnikos” olub.
Qarşılaşma "Anortosis"in qələbəsi ilə yekunlaşıb - 2:1.
Oyuna start heyətində başlayan Araz 71-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 8 oyundan sonra aktivində 18 xal olan “Anortosis” liderliyini davam etdirir.