Arda "Real"dan ayrılır
"Real Madrid"in türkiyəli futbolçusu Arda Güler mövsümün sonunda klubdan ayrılacaq.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Karlo Ançelottinin 19 yaşlı yarımmüdafiəçiyə yetərli oyun vaxtı verməməsi və futbolçunun əsasən ehtiyat skamyasında qalması mediada geniş müzakirələrə səbəb olub.
Arda Güler bu vəziyyətə görə komandadan ayrılmaq niyyətindədir.
Qeyd edək ki, gənc oyunçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 45 milyon avrodur.