Argentina Dünya çempionatında, Çili Mundialdan kənarda qaldı
DÇ-2018-in Cənubi Amerika zonası üzrə təsnifat mərhələsi yekunlaşıb. SportLine.az xəbər verir ki, son turda keçirilən görüşlərdən sonra bütün suallara aydınlıq gəlib.
İtirdiyi xallarla işini çətinə salan Argentina seçməsi, son anda Rusiyaya yollanan qatara qoşulub.
Əvəzində, Çili futbolçuları növbəti Mundialı kənardan izləməli olacaqlar.
Beləliklə, Braziliya, Uruqvay, Argentina və Kolumbiya Dünya çempionatına birbaşa vəsiqəyə yiyələnib. Peru millisi isə noyabrda keçiriləcək "pley-off" görüşlərində Yeni Zellandiyadan güclü olmalıdır.
11 oktyabr 2017
DÇ-2018, təsnifat mərhələsi
Cənubi Amerika, 10-cu tur
Braziliya - Çili - 3:0
QOLLAR: Paulinyo, 55 (1:0); Qabriel Jesuş, 57 (2:0); Qabriel Jesuş, 90+3 (3:0)
Ekvador - Argentina - 1:3
QOLLAR: Romario İbarra, 1 (1:0); Lionel Messi, 12 (1:1); Lionel Messi, 20 (1:2); Lionel Messi, 62 (1:3)
Paraqvay - Venesuela - 0:1
QOL: Yangel Herrera, 84 (0:1)
Peru - Kolumbiya - 1:1
QOLLAR: Xames Rodriqes, 56 (0:1); Paolo Querrero, 76 (1:1)
Uruqvay - Boliviya - 4:2
QOLLAR: Qaston Silva, 24/a.q. (0:1); Mastin Kaseres, 39 (1:1); Edinson Kavani, 42 (2:1); Luis Suares, 60 (3:1); Luis Suarez, 76 (4:1); Dieqo Qodin, 79/a.q. (4:2)