Argentina, Uruqvay və Paraqvay bu məqsədlə birləşir
Argentina, Uruqvay və Paraqvay futbol üzrə 2030-cu il dünya çempionatını müştərək keçirmək niyyətindədir. Sportline.az xəbər verir ki, ölkə prezidentləri Buenos-Ayresdə bununla bağlı bəyanat veriblər.
Qeyd edək ki indiyədək müştərək dünya çempionatına yalnız 2002-ci ildə Yaponiya ilə Cənubi Koreya ev sahibliyi edib.